Basketbol

Kobe Brayant: "Əgər bu, "Titanik"disə, mən batmağa hazıram"

"Leykers"in ulduz basketbolçusu Kobe Brayant "Nyu-Orlean"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Leykers"in ulduz basketbolçusu Kobe Brayant "Nyu-Orlean"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. O, bütün çətinliklərə baxmayaraq, sona qədər komanda ilə bərabər olacağını bildirib:

"Hər şey həmişə yaxşı getmir. Həmişə çempion olmaq, bayram etmək və şampan içmək imkansızdı. Arada çətin dövrlərdən keçmək lazım gəlir. Əgər bu, "Titanik"disə, mən batmağa hazıram. Tullanmayacağam".