Basketbol

"Bruklin"in aparıcı basketbolçusu sıradan çıxdı

NBA komandalarından "Bruklin"in aparıcı basketbolçusu Bruk Lopes kürəyindən zədə alıb.

NBA komandalarından "Bruklin"in aparıcı basketbolçusu Bruk Lopes kürəyindən zədə alıb. O, bu səbəbdən ən azı 4 matç komandasına kömək edə bilməyəcək.

MRT-nin nəticələri qənaətbəxş olmayıb. Lopes 2011-ci ildən bu yana zədələr səbəbindən ümumilikdə 136 matçda iştirak etməyib.

Bruk Lopes cari mövsümdə 16,1 xal, 6,2 ribaund və 1,7 blok-şot ortalamaları ilə çıxış edir.