Basketbol

"Qala" itkisiz davam edir

Kişi basketbolçuların Azərbaycan çempionatında VI tura yekun vurulub.

Kişi basketbolçuların Azərbaycan çempionatında VI tura yekun vurulub.

Çempionatın lideri "Qala"nın bu səfərki qurbanı "Dərviş" olub. Son çempion rəqibini darmadağın edib. BDU "Baku Oilers"i, NTD "Araz-Naxçıvan"ı, AZTOP isə "Bakı"nı məğlub edib.

"Qala" – "Dərviş" 101-44

"Bakı" - AZTOP 53-71

BDU - "Baku Oilers" 68-54

"Araz-Naxçıvan" - NTD 48-62

6 turdan sonra turnir cədvəlinə "Qala" başçılıq edir. AZTOP ikinci pillədə qərarlaşıb.