Basketbol

NBA: LaMarkus Oldric karyerasını "Nyu-York"da davam etdirə bilər

"Portlend"in ulduz basketbolçusu növbəti mövsümdən etibarən "Nyu-York"da çıxış edə bilər.

NBA komandalarından "Portlend"in ulduz basketbolçusu LaMarkus Oldric növbəti mövsümdən etibarən "Nyu-York"da çıxış edə bilər.

"New York Post"un məlumatına görə, forvard "Niks"lə 2 və ya 4 illik saziş imzalaya bilər. Daha öncə Oldricin "Portlend"də qalacağı yönündə xəbərlər yayılmışdı. Oreqon təmsilçisi hazırda qərb konfransının ən güclü komandalarından biridi, "Nyu-York" isə cari mövsümdə klub tarixinin ən bərbad startını edib. Hadisələrin hansı axarda cərəyan edəcəyi ilin sonunda dəqiqləşəcək.

Oldric hazırda 22,9 xal və 9,8 ribaund ortalamaları ilə çıxış edir.