Basketbol

Ulduz basketbolçu cari mövsümdə ikinci tripl-dablını reallaşdırdı

"Boston"un ulduz basketbolçusu Rejon Rondo "Vaşinqton"la oyunda matçda tripl-dabl edib.

NBA komandalarından "Boston"un ulduz basketbolçusu Rejon Rondo "Vaşinqton"la oyunda tripl-dabl edib.

34 dəqiqə meydanda qalan point-qard qarşılaşmanı 13 xal, 13 ribaund və 11 asistlə tamamlayıb. Bu, Rondonun cari mövsümdəki ikini tripl-dablıdı. O, daha öncə "Toronto" ilə görüşdə 13 xal, 10 ribaund və 15 asistlə yadda qalmışdı.