Basketbol

Avroliqa: 8-ci turun ən dəyərli oyunçusunun kimliyinə aydınlıq gəldi

Kişi basketbolçular arasında Avropanın ən aparıcı turniri hesab olunan Avroliqada 8-ci turun ən dəyərli oyunçusunun kimliyinə aydınlıq gəlib.

UNİKS-in mərkəz oyunçuus D'or Fişer sözügedən mükafata layiq görülüb. "Sassari"yə qarşı matçda 37 dəqiqə meydanda qalan Fişer qarşılaşmanı 23 xal, 15 ribaund, 3 asist, 2 blok-şot və 1 top oğurlama ilə tamamlayıb. Onun effektivliyi 43 balla qiymətləndirilib. Bu, cari mövsüm üzrə rekord göstəricidi.