Basketbol

NBA: "Qolden Steyt" "Çikaqo"nu məğlub etdi, "Filadelfiya" ikinci qələbəsini qazandı

Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında mübarizə davam edir.

Ötən gecə NBA-da növbəti görüşlər keçirilib. Gecənin mərkəzi matçında "Çikaqo" və "Qolden Steyt" üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən oyunun son periodunda nəzarəti ələ keçirən "Uorriors" növbəti qələbəsini qazanıb və qərb konfransındakı liderliyini daha da möhkəmləndirib. Autsayderlərdən "Filadelfiya" isə səfərdə "Detroyt"u məğlub edib. Bu, "76ers"in cari mövsümdəki ikinci qələbəsidi.

Ümumi nəticələrə nəzər salaq:

"Detroyt" - "Filadelfiya" 101-108 (overtaym)

"Hyuston" - "Finiks" 100-95

"Çikaqo" - "Qolden Steyt" 102-112

"San Antonio" - "Minnesota" 123-101

"Sakramento" - "Orlando" 96-105

"Klippers" - "Nyu-Orlean" 120-100