Basketbol

Ölkə çempionatında şərikli lider

Azərbaycan Texniki Universitetinin idman zalında basketbol üzrə ölkə çempionatının üçüncü turunun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, baş tutan görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

“Alov” – “80-lər” - 56:93 (19-20, 10-27, 14-21, 13-25)
U-16 – AZTOP - 29:96 (10-23, 7-22, 8-23, 4-28)
NTD – АDNSU - 106:68 (25-23, 23-11, 31-20, 27-14)

Üç turdan sonra turnir cədvəlindəki vəziyyət belədi:

AZTOP – 6, NTD – 6, ADNSU – 5, “80-lər” – 4, U-16 – 3, “Alov” – 3.

Dördüncü turda aşağıdakı cütlüklər qarşılaşacaq:

2 dekabr
11:00 "Alov" – U-16
13:00 NTD - "80-lər”
15:00 AZTOP - ADNSU