Basketbol

AFB-dən FİBA-ya şikayət - ermənilərin hərəkətinə görə

Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi Beynəlxalq Basketbol Federasiyasına (FİBA) şikayət məktubu ünvanlayıb.

Dsport.az xəbər verir ki, məktubda basketbol üzrə Ermənistan çempionatının oyununun Azərbaycanın işğal olunmuş torpaqlarında, daha dəqiqi Xankəndində keçirilməsinə etiraz olunub:

“FİBA Avropanın prezidenti cənab Turqay Dəmirələ

Hörmətli cənab Turqay Dəmirəl!

Bildiyiniz kimi, Azərbaycan Respublikasının bir hissəsi (Dağlıq Qarabağ və bu bölgəni əhatə edən 6 rayon) erməni qəsbkarları tərəfindən işğal edilib. Onu da qeyd etmək istərdim ki, işğal edilmiş ərazilər de-jure və de-facto bütün dünya ölkələri və beynəlxalq təşkilatları tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. 

Nəzərinizə çatdırıram ki, oktyabrın 29-da basketbol üzrə Ermənistan çempionatının oyunu erməni silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinin inzibati mərkəzi Xankəndi şəhərində keçirilib. Azərbaycanın basketbol ictimaiyyəti və Azərbaycan Basketbol Federasiyası (ABF) Ermənistan Basketbol Federasiyası tərəfindən öz ölkəsinin rəsmi çempionatını ABF-nın xəbəri olmadan Azərbaycan ərazisində keçililməsini kəskin qınayır.

Hörmətli cənab Dəmirəl, ümid edirəm ki, FİBA Ermənistan Basketbol Federasiyasının beynəlxalq hüquqa zidd hərəkətlərinin qarşısını almaq üçün müvafiq tədbirlər görəcək.

Anlayışınıza görə təşəkkür edirəm.

Hörmətlə, Azərbaycan Basketbol Federasiyası adından Nadir Nəsibov”.