Basketbol

Millimiz AÇ-də 22-ci oldu

Azərbaycanın basketbol üzrə U-18 millisi Tallində (Estoniya) keçirilən Avropa Çempionatında (B divizionu) qrup mərhələsindən sonra 17-24-cü yerlər uğrunda mübarizəyə qoşulub.

Azərbaycanın basketbol üzrə U-18 millisi Tallində (Estoniya) keçirilən Avropa Çempionatında (B divizionu) qrup mərhələsindən sonra 17-24-cü yerlər uğrunda mübarizəyə qoşulub.

Dsport.az xəbər verir ki, birinci qarşılaşmada komandamız cüzi fərqlə İsveçrəyə məğlub olub - 58:60. Daha sonra cox gərgin mübarizə şəraitində keçən görüşdə Samit Nuruzadənin yetirmələri Luksemburq yığmasını əlavə vaxtda yeniblər - 73:69.

Əfsuslar olsun ki, avqustun 6-da millimiz Albaniya yığmasına 56:69 hesabı ilə uduzaraq son nəticədə Avropa Çempionatında 22-ci yerlə kifayətlənib.