Basketbol

Kobe Brayant karyerasını bitirəcəyini açıqladı

"Belə bir qərar xarici faktorlardan asılı deyil. Bu, mənim daxilimdən gəlir. Və nəhayət ki, mən lazım olanı edirəm".

NBA-nın beşqat çempionu Kobe Brayant bildirib ki, 2015/16 mövsümündən sonra peşəkar karyerasına son olacaq. Bu barədə BBC xəbər yayıb.

Brayant "Los-Anceles Leykers" klubunda 20 ilini keçirib və 32 min 670 xal yığaraq NBA tarixində məhsuldarlığa görə üçüncü oyunçudu.

37 yaşlı basketbolçu ABŞ millisinin heyətində iki dəfə Olimpiadanın qızıl medalını qazanıb.

Son illərdə Brayant tez-tez zədələnir və formasını bərpa edə bilmir: "Bir müddət əvvəl hər şeyi qətiləşdirdim. Belə bir qərar xarici faktorlardan asılı deyil. Bu, mənim daxilimdən gəlir. Və nəhayət ki, mən lazım olanı edirəm. Əskində hər şey qaydasındadı. Sadəcə, bu qərar mənim üzərimdən yükləri götürür".