Bakı-2015

Bakı-2015: Avtobus qəzası keçirmiş avstriyalı atletdən yeni xəbər

İyunun 10-da Bakıda avtobus qəzası keçirmiş avstriyalı sinxron üzgüçü Vanessa Sehinoviçin səhhəti gündən-günə yaxşılaşır.

İyunun 10-da Bakıda avtobus qəzası keçirmiş avstriyalı sinxron üzgüçü Vanessa Sehinoviçin səhhəti gündən-günə yaxşılaşır.

Azərbaycanın Avstriyadakı səfirliyinin məlumatına görə, avstriyalı atletin vəziyyəti sabitdi və onun sağlamlığı üçün bütün lazımi tədbirlər həyata keçirilir. 

İntensiv terapiya şöbəsindən normal stasionar şöbəyə köçürülən V.Sehinoviçin müalicəsi artıq bu şöbədə davam etdirilir. "Azərtac"ın verdiyi xəbərə görə, Hazırda gənc atletin xəstəxananı tərk etdikdən sonra müvafiq reabilitasiya kursu keçməsi üçün uyğun bərpa-reabilitasiya mərkəzləri arasında seçim edilir. 

Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həm Vanessaya, həm də onun ailəsinə müvafiq diqqət və qayğı göstərir.

Xatırladaq ki, qəza Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş vermişdi. Qəza zamanı sinxron üzgüçülük üzrə Avstriya milli komandasının 3 idmançısı yaralanmışdı. Onlardan ikisinin vəziyyəti ağır olduğu üçün Avsrtiyaya göndərilmişdi.

İdmançı Vanessa Saxinoviç ciddi zədə almışdı. Bir neçə sınıq zədəsi alan idmançı dərhal Vyanaya göndərilmişdi. Bundan başqa üzgüçü Luna Payer də vətəninə yola salınmışdı. Digər idmançı Verena Breyt yüngül zədə aldığından Atletlər kəndində qalmışdı.