Bakı-2015

"Bakı-20015": Bakıda xüsusi parad

İyulun 12-də "Bakı-2015" I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunmuş xüsusi tədbir keçiriləcək.

İyulun 12-də "Bakı-2015" I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunmuş xüsusi tədbir keçiriləcək.

Tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi ilə "Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin təşəbbüsü ilə təşkil olunacaq.
 
“Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçiriləcək tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində Azərbaycan millisinin idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə “Bakı-2015” paradı keçiriləcək. Parad saat 20.00-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında yekunlaşacaq.
 
“Bakı-2015” paradı saat 21.00-da “Saat qülləsi”nin yanında başlayacaq xüsusi konsert proqramı ilə davam edəcək.