Bakı-2015

Teymur Məmmədov: "Onun taktikasını bilirəm, qabaqcadan heç nə deyə bilmərəm"

"Mənim rəqibim çox güclü idi. 2013-cü ildə bu boksçu Minskdə Avropa çempionatında gümüş medal qazanıb. Onu qabaqcadan tanıyırdım".

"Mənim rəqibim çox güclü idi. 2013-cü ildə bu boksçu Minskdə Avropa çempionatında gümüş medal qazanıb. Onu qabaqcadan tanıyırdım. Mübarizə çox ağır keçdi. Allaha şükür ki, hər 3 raundda təmiz qələbə qazandım. Ən azı bürünc medalı özümə təmin etdim".

Bu sözləri "Bakı-2015" ilk Avropa Oyunlarının boks yarışlarının 1/4 finalında 81 kq çəkidə hollandiyalı rəqibi Peter Müllenberqə qalib gələn Teymur Məmmədov deyib.

Azərbaycan boksçusu yarımfinalda üz-üzə gələcəyi Rusiya təmsilçisi Pavel Silyaqin haqda danışıb: “Mən Paveli yarışlarda görmüşəm. Onun taktikasını bilirəm. Qabaqcadan heç nə deyə bilmərəm, ancaq mən qızıl medala iddialıyam və bunun üçün mübarizə aparacam”.