Bakı-2015

Bakı Avropa Oyunlarının açılışına hazırlaşır

Bakıda ilk Avropa Oyunları ilə bağlı hazırlıq işləri davam edir.

Dünyaca məşhur media qurumlarından olan "Euronews" hazırlıq işləri ilə tanış olmaq məqsədilə qısa reportaj hazırlayıb.

"Euronews" müxbiri Avropa Oyunları əməliyyatlar üzrə baş direktoru Simon Kleqq, Milli Stadionun layihə mühəndisi Cavid Nəcəfov, Avropa Oyunları nəqliyyat işləri üzrə baş direktoru Panos Protopsaltis, oyunların elçisi Rövşən Bayramov və bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Marianna Vasilyevanın fikirlərini öyrənib.

Həmin reportajı təqdim edirik.