Bakı-2015

Türkiyə telekanalında "Bakı-2015"lə bağlı reportaj

Türkiyənin ATV kanalında “Bakı-2015” ilk Avropa Oyunlarının İstanbulda təqdimatı ilə bağlı reportaj yayımlanıb

Türkiyənin ATV kanalında “Bakı-2015” ilk Avropa Oyunlarının İstanbulda təqdimatı ilə bağlı reportaj yayımlanıb.

Jurnalist Kamuran Abacıoğlu reportajda ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakının gözəlliyini xüsusi qeyd edir. O, Azərbaycanda Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını bildirir.

Reportajda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təqdimat mərasimindəki çıxışından əsas məqamlar yer alıb.

K.Abacıoğlu “Bakı-2015” ilk Avropa Oyunlarını yüksək peşəkarlıqla hazırlayan Azərbaycanın gələcəkdə beynəlxalq idman tədbirlərinin təşkilində istifadə olunacaq dəyərli bir irs yaratdığını vurğulayır.

Reportajda bu gün Azərbaycanın öz siyasi, iqtisadi, sosial inkişafı, mədəni zənginliyi ilə dünyanın diqqət mərkəzində olduğu diqqətə çatdırılır. Həmçinin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin əhəmiyyəti qeyd edilir.