Bakı-2015

“Bakı-2015” poçt markalarını təqdim etdi

Təsvir olunan digər obyektlərə Tofiq Bəhramov adına stadion, “Baku Crystal Hall”, Heydər Əliyev Arenası, Bakı Su İdmanı Mərkəzi və Milli Gimnastika Arenası daxildir

“Bakı-2015” Avropa Oyunları gələn ilin yayında keçiriləcək birinci Avropa Oyunlarını qeyd etmək məqsədilə altı ədəd poçt markasının ilk buraxılışını təqdim edib.

Rəngli markalar “Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyi obyektlərindən altısını, o cümlədən, gələn il açılış və bağlanış mərasimlərinin, eyni zamanda, yüngül atletika yarışlarının keçiriləcəyi milli stadionu əks etdirən nadir bədii təsvirlərdir.

Təsvir olunan digər obyektlərə Tofiq Bəhramov adına stadion, “Baku Crystal Hall”, Heydər Əliyev Arenası, Bakı Su İdmanı Mərkəzi və Milli Gimnastika Arenası daxildir.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib: “Bu gözəl markalar gələn ilin yayında Bakıda elit idman növləri üzrə yarışların keçiriləcəyi bir sıra dünya səviyyəli obyektləri nümayiş etdirir. Onlar gələn ilin yayında keçiriləcək və bütün Avropanı bir arada birləşdirəcək möhtəşəm idman tədbirindən gözəl xatirə olaraq bütün Azərbaycanda tanınacaq”.

Hər bir markanın dəyəri 60 qəpikdir. Gələn il keçiriləcək “Bakı- 2015” Avropa Oyunlarına daxil edilən hər bir iyirmi idman növünü əks etdirən təsvirlərin ikinci buraxılışı hazırlanacaq. Gələcəkdə 26 markanın hər birini bir arada əks etdirən üçüncü xatirə kitabı da buraxılacaq.

Gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: “Markalar birinci Avropa Oyunları ilə əlaqədar olaraq buraxılacaq kolleksiya əşyalarının geniş hissəsini təşkil edir. Əminəm ki, markalar gələcəkdə yalnız möhtəşəm idman obyektlərimizi əks etdirən valehedici görünüşlərinə görə deyil, həm də bütün ölkənin “Bakı-2015” Avropa Oyunlarına göstərdiyi dəstəyi əks etdirərək yaddaşlarda qalacaq”.