Bakı-2015

"Bakı-2015"i Avropanın daha 5 ölkəsi yayımlayacaq

“Artıq Avropa Oyunlarının əlavə 5 ölkədə də yayımlanacağını təsdiq etməyə çox şadıq"

Bu gün -2015" Avropa Oyunları Avropanın daha beş ölkəsi ilə yayım haqqında sazişə imza atıb.

Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, hazırda qüvvədə olan sazişlərə əsasən Avropa Oyunları Albaniya, Belarus, Lüksemburq, Moldova və Slovakiyada televiziya vasitəsilə yayımlanacaq.

Sözügedən sazişlər "Bakı-2015" Avropa Oyunlarının yayımlanmasına dair Türkiyə, Fransa və Almaniya daxil olmaqla Avropa ölkələri, eyni zamanda, Orta Şərq, Şimali Afrika və Yaponiya ilə bağlanmış sazişlərdən sonra imzalanmış ən son müqavilələrdir.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib:

“Artıq Avropa Oyunlarının əlavə 5 ölkədə də yayımlanacağını təsdiq etməyə çox şadıq. Bu sazişlərin bağlanması Avropadakı azarkeşlərin öz ölkələrini təmsil edən idmançılarının "Bakı-2015" Avropa Oyunlarındakı nailiyyətlərini izləyə bilmələri üçün əhəmiyyətli olacaq. Bu kimi çoxşaxəli multi-media yayımı sazişlərinin bağlanması həmin ölkələrin Oyunları öz ölkələrində yayımlamalarını təmin edəcək. Mən növbəti həftələrdə həm Avropa, həm də digər dünya ölkələri ilə yayım sazişlərinin bağlanmasını və saziş bağlanacaq ölkələrin sayının 34-ya çatmasını gözləyirəm”.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “Bu sazişlərin bağlanması "Bakı-2015" Avropa Oyunlarında iştirak edəcək idmançıların möhtəşəm çıxışlarının bütün qitədə coşqun azarkeşlər tərəfindən izlənməsinə səbəb olacaq. Biz tezliklə Avropa Oyunlarının bütün dünyada maksimum şəkildə yayımlanmasını təmin edəcək daha çox yayım sazişlərinin imzalanacağına əminik”.

Albaniyada “Tring Media”, Belarusda “Belarus 5”, Lüksemburqda “Radio Television Luxembourg”, Moldovada “Moldova Sport TV” və Slovakiyada “DIGI Sport” şirkətləri Avropa Oyunlarının yayım hüquqlarını əldə ediblər.

Həmçinin, bu gün Bakıda Avropa Olimpiya Komitələrinin Baş Assambleyası keçirilir. "Bakı-2015"in rəhbər şəxsləri tədbir iştirakçılarına ilk Avropa Oyunlarına hazırlıqların ən son yenilikləri haqqında ətraflı məlumat verəcəklər.