Bakı-2015

Prezident "Bakı-2015"ə hazırlıq işləriylə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olub.

Ölkə başçısı birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olmaq üçün paytaxtın bir sıra ərazilərində olub, icra edilən layihələrin gedişi və həyata keçirilən yenidənqurma və inşaat işləri ilə maraqlanıb.

Prezident Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə yol və nəqliyyat infrastrukturunun, Bayıl qəsəbəsindəki Su İdmanı Sarayının ətrafında həyata keçirilən abadlıq tədbirləri və müxtəlif idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi ilə də tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.