Avto-Moto

Kubitsa karyerasını ralli üzrə davam etdirmək istəyir

Keçmiş Formula 1 pilotu Robert Kubitsa ralli üzrə Dünya çempionatında iştirak etmək fikrinə düşüb.

Keçmiş Formula 1 pilotu Robert Kubitsa ralli üzrə Dünya çempionatında iştirak etmək fikrinə düşüb.

"Autosport"un xəbərinə görə, polşalı pilot "Sitroen"də Kris Mikin komanda yoldaşı ola bilər. Kubitsa bu barədə danışıb:

"Bu həftə çox əhəmiyyətlidi. Nələrin olacağına baxacağıq. WRC-də qalmağa üstünlük verərdim. Keçən il yaxşı təcrübə qazanmışam və davam edə bilərəm. Ancaq mən başqalarında olduğu kimi daha yaxşı maşına sahib olmaq istəyirəm".