Almaniya

“Qalatasaray”ın futbolçusu rəsmən “Ştutqart”da

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Ozan Kabakın Almaniya təmsilçisi “Ştutqart”a transferi rəsmiləşib.

Dsport.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

18 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. “Ştutqart” bu transferə görə “Qalatasaray”a 11 milyon avro ödəyəcək.

Ozan yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Kabak bu mövsüm “sarı-qırmızılı” klubun heyətində 17 oyunda meydana çıxıb.