Almaniya

Bundesliqa klubunda 3 yeni müqavilə

Almaniyanın “Auqsburq” klubu 3 futbolçusunun müqaviləsinin müddətini uzadıb.

Dsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Daniel Bayerlə müddəti 2020, Kevin Danso və Ceffri Qaueleuvayla isə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Auqsburq” Bundesliqada 17 turdan sonra 15 xalla 15-ci sırada qərarlaşıb.