Almaniya

Bundesliqa klubundan baş məşqçi ilə yeni müqavilə

Almaniyanın “Fortuna” (Düsseldorf) klubu baş məşqçisi Fridhelm Funkelin müqaviləsinin müddətini uzadıb.

Dsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 65 yaşlı mütəxəssislə 2020-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Fortuna” hazırda Bundesliqada 17 turdan sonra 14-cü sırada qərarlaşıb. 

Funkel 2016-cı ildən Düsseldorf təmsilçisini çalışdırır.