Almaniya

Dadaşov Bundesliqa klubuna qarşı 56 dəqiqə oynadı

Almaniyanın “Proyssen” klubu mövsümün qalan hissəsinə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi 3-cü liqa təmsilçisi Bundesliqada mübarizə aparan “Bayer”lə üz-üzə gəlib.

Futbolçumuzun komandası Leverkuzen klubu ilə 6 qolluq qarşılaşmadan məğlub ayrılıb - 2:4.

Rüfət də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov 56-cı dəqiqədə əvəzlənib.