Almaniya

“Bavariya”dan darmadağın, “Borussiya”dan çətin qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 14-cü turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun əksər oyunları şənbə gününə təsadüf edib.

“Bavariya” öz meydanında “Nürnberq”i qəbul edib və 3 cavabsız qolla qalib gəlib.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı səfərdə “Şalke”ylə münasibətlərinə aydınlıq gətirib. Üç qolun vurulduğu qarşılaşma dortmundluların qələbəsiylə yekunlaşıb.

Almaniya Bundesliqası
14-cü tur

7 dekabr

Verder - Fortuna 3:1
Qol: Mohvald, 20. Harnik, 71. Sargent, 78 - Lukebakio, 43-pen.

8 dekabr

Bavariya - Nürnberq 3:0
Qol: Levandovski, 9; 27. Riberi, 56.

Bayer - Auqsburq 1:0
Qol: Alario, 75.

Frayburq - Leyptsiq 3:0
Qol: Petersen, 12. Valdşmidt, 45-pen. Frants, 52.

Şalke - Borussiya (Dortmund) 1:2
Qol: Kaliqiuri, 61-pen - Delaney, 7. Sanço, 74.

Volfsburq - Hoffenhaym 2:2
Qol: Biçakçiç, 28-öz qapısına. Ginçek, 31 - Belfodil, 4. Kramariç, 71.

Herta - Ayntraxt 1:0
Qol: Qruyiç, 40.

9 dekabr

18:30 Maynts - Hannover 
21:00 Borussiya (Münhenqladbax) - Ştutqart