Almaniya

Dadaşovun yoxluğunda komandası darmadağın oldu

Futbol üzrə Almaniya 3-cü Liqasında 18-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə “Karlsrue” ilə qarşılaşıb. Münster klubu bu oyundan biabırçı məğlubiyyətlə ayrılıb - 0:5.

Rüfət bu görüşün iştirakçısı olmayıb. Buna səbəb hazırda onun zədədən əziyyət çəkməsidi.

Dadaşovun komandası 18 turdan sonra 29 xalla 6-cı pillədə qərarlaşıb.