Almaniya

Dmitri Nazarovsuz darmadağın

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 16-cı turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Qroyter”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.

Nazarov bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ersgebirge” hazırda 18 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.