Almaniya

Eratın komandasına 1 qol bəs etdi

Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 18-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Rot-Vayss Oberhauzen”lə qarşılaşıb. Eratın komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.

Erat bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Ştralen” geridə qalan turlarda 25 xal toplayıb və 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.