Almaniya

“Borussiya” “Bavariya”nı məğlub yola saldı

Futbol üzrə Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

“Fortuna” “Herta”nı, “Hoffenhaym” isə “Auqsburq”u məğlub yola salıb.

“Maynts” səfərdə “Frayburq”a, “Ştutqart” “Nürnberq”ə, Münhenqladbax “Borussiya”sı isə “Verder”ə qalib gəlib.

Turun mərkəzi qarşılaşması Dortmundda baş tutub. Lider "Borussiya" "Bavariya" ilə münasibətlərinə aydınlıq gətirib. Beş qolun qeydə alındığı matç dortmundluların əzmkar qələbəsiylə başa çatıb.

Almaniya Bundesliqası
11-ci tur
9 noyabr

Hannover - Volfsburq 2:1
Qol: Maina, 31. Bebu, 63-pen - Veqorst, 82.

10 noyabr

Fortuna - Herta 4:1
Qol: Usami, 50. Henninqs, 63. Raman, 84; 90 - Selke, 88.

Frayburq - Maynts 1:3
Qol: Sallai, 72 - Qbamin, 6. Mateta, 18. Onisivo, 75.

Hoffenhaym - Auqsburq 2:1
Qol: Kramariç, 65. Nelson, 83 - Finnboqason, 69.

Nürnberq - Ştutqart 0:2
Qol: Baumqartl, 68. Tommi, 82.

Verder - Borussiya (Münhenqladbax) 1:3
Qol: N.Şahin, 59 - Plea, 39; 48; 52.

Borussiya (Dortmund) - Bavariya 3:2
Qol: Roys, 49-pen; 67. Alkaser, 73 - Levandovski, 26; 52.

11 noyabr

18:30 Leyptsiq - Bayer 
21:00 Ayntraxt - Şalke