Almaniya

Mahmudovlu “Frankfurt” yenə uduzdu

Gənclər arasında təşkil olunan Almaniya Bundesliqasının cənub zonasında 8-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Murad Mahmudovun formasını geyindiyi “Frankfurt” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Murad da bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.

Geridə qalan bütün oyunlarında məğlubiyyətlə üzləşmiş Frankfurt təmsilçisi hazırda xalsızdı və 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.