Almaniya

Rüfət Dadaşov üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə Almaniya 3-cü Liqasında 12-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. 

Futbolçumuzun komandası səfərdə “Vyursburger Kikkers”lə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

Dadaşovun komandası 12 turdan sonra 22 xalla 2-ci pillədə qərarlaşıb.