Almaniya

Eratın komandası 4 cavabsız qola üzüldü

Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 14-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Aaxen “Allemaniya”sı ilə qarşılaşıb. Eratın komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:4.

Erat da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 66-cı dəqiqəsində meydana buraxılıb.

“Ştralen” geridə qalan turlarda 19 xal toplayıb və 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.