Almaniya

“Borussiya” darmadağına, “Bavariya” inamlı qələbəyə sevindi

Futbol üzrə Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

Bundesliqada çətin günlər keçirən “Bavariya” “Volfsburq” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. 

Dortmund “Borussiya”sı isə “Ştutqart”ın qonağı olub və rəqibini darmadağın edib.

Almaniya Bundesliqası
8-ci tur
19 oktyabr

Ayntraxt - Fortuna 7:1
Qol: Haller, 20; 50. Yoviç, 26; 34; 55; 69; 72 – Lukebakio, 53.

20 oktyabr

Auqsburq - Leyptsiq 0:0

Bayer - Hannover 2:2
Qol: Bender, 34. Bellarabi, 90 - Muslija, 25. Felipe, 54.

Ştutqart - Borussiya (Dortmund) 0:4
Qol: J.Sanço, 3. Roys, 23. Alkaser, 25. Filipp, 85.

Nürnberq - Hoffenhaym 1:3
Qol: Behrens, 18-pen – Nelson, 50; 57. Salai, 67.

Volfsburq - Bavariya 1:3
Qol: Veqorst, 63 - Levandovski, 30; 48. X.Rodriqes, 72.

Şalke - Verder 0:2
Qol: Eqqeştayn, 43; 66.

21 oktyabr

17:30 Herta - Frayburq
20:00 Borussiya (Münhenqladbax) - Maynts