Almaniya

“Ayntraxt” “Fortuna”nı 7 qolla yendi

Futbol üzrə Almaniya Bundesliqasında 8-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. 

Frankfurt "Ayntraxt"ı evdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağınla qalib gəliblər.

Almaniya Bundesliqası
8-ci tur
19 oktyabr

Ayntraxt - Fortuna 7:1
Qol: Haller, 20; 50. Yoviç, 26; 34; 55; 69; 72 – Lukebakio, 53.

20 oktyabr

17:30 Auqsburq - Leyptsiq
17:30 Bayer - Hannover
17:30 Ştutqart - Borussiya (Dortmund)
17:30 Nürnberq - Hoffenhaym
17:30 Volfsburq - Bavariya
20:30 Şalke - Verder

21 oktyabr

17:30 Herta - Frayburq
20:00 Borussiya (Münhenqladbax) - Maynts