Almaniya

Nazarovlu “Ersgebirge” səfərdə 1 xal qazandı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Nazarov da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 75-ci dəqiqəsində meydana buraxılıb.

“Ersgebirge” hazırda 11 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.