Almaniya

Eratın komandası “Borussiya” ilə bacarmadı

Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 13-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Münhenqladbax “Borussiya”sının ikinci komandası ilə qarşılaşıb. Eratın komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.

Erat bu görüşün iştirakçısı olmayıb.

“Ştralen” geridə qalan turlarda 19 xal toplayıb və 18 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.