Almaniya

“Leyptsiq”dən 6 cavabsız qol, “Hoffenhaym”dan məğlubiyyət

Futbol üzrə Almaniya Bundesliqasında 7-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub. 

“Frayburq” – “Bayer” matçında hesab açılmayıb. 

“Hoffenhaym” evdə “Ayntraxt”a məğlub olub. 

“Leyptsiq” isə evdə “Nürnberq”i 6 cavabsız qolla məğlub edib.

Almaniya Bundesliqası
7-ci tur

5 oktyabr

Verder - Volfsburq 2:0
Qol: Klaassen, 35. Eqqeştayn, 86.

6 oktyabr

Borussiya (Dortmund) - Auqsburq 4:3
Qol: Alkaser, 62; 80; 90. Götse, 84 – Finnboqason, 22. Maks, 71. Qreqoritş, 87.

Maynts - Herta 0:0

Fortuna - Şalke 0:2
Qol: Makkin, 47. Burqstaller, 53.

Hannover - Ştutqart 3:1
Qol: Vud, 30; 45. Bebu, 90 – M.Qomes, 50.

Bavariya - Borussiya (Münhenqladbax) 0:3
Qol: Plea, 10. Ştindl, 16. Herrmann, 88.

7 oktyabr

Frayburq - Bayer 0:0

Hoffenhaym - Ayntraxt 1:2
Qol: Nelson, 82 – Rebiç, 40. Yoviç, 46.

Leyptsiq - Nürnberq 6:0
Qol: Kampl, 3. Poulsen, 7. Sabitser, 21; 55. Verner, 32; 59.