Almaniya

Erat yeni komandasında debüt etdi

Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 12-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Bonner”lə qarşılaşıb. Eratın komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.

Erat da bu görüşün iştirakçısı olub. O, bununla həm də yeni komandasında debüt edib. Bir neçə gün öncə bu klubla müqavilə bağlayan Tuğrul start heyətdə meydana çıxıb və 55-ci dəqiqədə əvəzlənib.

“Ştralen” geridə qalan turlarda 19 xal toplayıb və 18 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.