Almaniya

“Bavariya” darmadağın oldu, “Borussiya”dan çətin qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, şənbə günü daha 5 görüş baş tutub. 

Dortmund “Borussiya”sı “Auqsburq”u sınağa çəkib. Meydan sahibləri 7 qolun vurulduğu bu görüşdən çətin qələbə ilə ayrılıblar.

Son turlarda xal itirən “Bavariya” isə Münhenqladbax “Borussiya”sı ilə qarşılaşıb. Münhen klubu bu görüşdə biabırçı hesabla məğlub olub.

“Maynts” – “Herta” matçında qapılara qol vurulmayıb. “Şalke” səfərdə “Fortuna”ya, “Hannover” isə evdə “Ştutqart”a qalib gəlib.

Almaniya Bundesliqası
7-ci tur

5 oktyabr

Verder - Volfsburq 2:0
Qol: Klaassen, 35. Eqqeştayn, 86.

6 oktyabr

Borussiya (Dortmund) - Auqsburq 4:3
Qol: Alkaser, 62; 80; 90. Götse, 84 – Finnboqason, 22. Maks, 71. Qreqoritş, 87.

Maynts - Herta 0:0

Fortuna - Şalke 0:2
Qol: Makkin, 47. Burqstaller, 53.

Hannover - Ştutqart 3:1
Qol: Vud, 30; 45. Bebu, 90 – M.Qomes, 50.

Bavariya - Borussiya (Münhenqladbax) 0:3
Qol: Plea, 10. Ştindl, 16. Herrmann, 88.

7 oktyabr

15:30 Frayburq - Bayer
17:30 Hoffenhaym - Ayntraxt
20:00 Leyptsiq - Nürnberq