Almaniya

“Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

Futbol üzrə Almaniya Bundesliqasında 4-cü turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, şənbə günü 6 oyun baş tutub. 

Dortmund “Borussiya”sı səfərdə “Hoffenhaym”la üz-üzə gəlib və xal itkisi ilə üzləşib.

“Verder” səfərdə “Auqsburq”a, “Frayburq” isə “Volfsburq”a qalib gəlib. “Nürnberq” “Hannover”i, “Herta” da Münhenqladbax “Borussiya”sını məğlub yola salıb.

Turun maraqla gözlənilən qarşılaşmasında isə “Bavariya” “Şalke”nin qonağı olub. Münhen təmsilçisi 2 cavabsız qolla qalib gəlib.

Almaniya Bundesliqası
4-cü tur

21 sentyabr

Ştutqart - Fortuna 0:0

22 sentyabr

Auqsburq - Verder 2:3
Qol: Çhol, 45. Maks, 47 - Kruze, 34. Eqqeştayn, 36. Klaesson, 75.

Herta - Borussiya (Münhenqladbax) 4:2
Qol: İbişeviç, 31; 63. Lazaro, 34. Duda, 73 - Azar, 29. Plea, 67.

Hoffenhaym - Borussiya (Dortmund) 1:1
Qol: Joelinton, 44 - Pulişiç, 84.

Nürnberq - Hannover 2:0
Qol: Anton, 76-öz qapısına. Knoll, 77.

Volfsburq - Frayburq 1:3
Qol: Mehmedi, 61 - Salai, 7. Petersen, 21. Frants, 50.

Şalke - Bavariya 0:2
Qol: X.Rodriges, 8. Levandovski, 64-pen.

23 sentyabr

17:30 Bayer - Maynts 
20:00 Ayntraxt – Leyptsiq