Almaniya

Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

Futbol üzrə Almaniya 3-cü Liqasında 8-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. 

Futbolçumuzun komandası doğma meydanda “Enerji Kotbus”la qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb - 3:0.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin sabiq forvardı 84-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Dadaşovun komandası 8 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb.