Almaniya

Nazarovun komandası ilk qələbəsini qazandı

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Nazarov bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Ersgebirge” hazırda 4 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.