Almaniya

“Bavariya”da iki ciddi itki

Almaniya çempionu “Bavariya” Bundesliqanın 3-cü turu çərçivəsində doğma meydanda “Bayer”ə qarşı keçirdiyi oyunda (3:1) iki ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, qarşılaşmanın 10-cu dəqiqəsində Münhen təmsilçisinin ilk qolunu vuran Korentin Tolisso, 42-ci dəqiqədə zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalıb. 

Yerli mətbuatın yaydığı xəbərə görə, 24 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq və 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

“Bavariya”nın digər futbolçusu Rafinya da sıradan çıxıb. Oyunun 82-ci dəqiqəsində zədələnən bu futbolçunun da ən azı 3 həftə oynamayacağı bildirilir.