Almaniya

Dadaşov qol vurdu, komandası uduzdu

Futbol üzrə Almaniya 3-cü Liqasında 7-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. 

Futbolçumuzun komandası səfərdə “1921 Aalen”lə qarşılaşıb. Münster klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Komandasının yeganə qolunu da Dadaşov vurub. Azərbaycan yığmasının sabiq forvardı 85-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Dadaşovun komandası 7 turdan sonra 9 xalla 13-cü pillədə qərarlaşıb.