Almaniya

Rüfət Dadaşov üçün 17 dəqiqə və 3 xal

Futbol üzrə Almaniya 3-cü Liqasında 4-cü turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb. Futbolçumuzun komandası doğma meydanda “Sportfrunde Lotte” ilə qarşılaşıb. Münster klubu bu oyundan qəbələ ilə ayrılıb - 1:0.

Rüfət də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 73-cü dəqiqəsində meydana çıxıb.

Dadaşovun komandası 4 turdan sonra 9 xalla 1-ci pillədə qərarlaşıb.