Almaniya

Bundesliqa klubu milli üzvü ilə gücləndi

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Lill” klubunun mərakeşli müdafiəçisi Həmzə Mendili heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Mendil məhz “Lill”in yetirməsidi. O, 2017-ci ildən bu komandada peşəkar karyerasına başlamışdı. Geridə qalan mövsümdə gənc müdafiəçi yetirməsi olduğu komandada 13 oyuna çıxıb.

Mərakeşli oyunçu ölkəsinin yığmasında da indiyə qədər 13 matçda forma geyinib.