Almaniya

Super Kubok yenə “Bavariya”ya qismət oldu

Futbol üzrə Almaniya Super Kubokunun qalibi müəyyənləşib.

Dsport.az xəbər verir ki, qalib adı uğrunda Bundesliqanın qalibi “Bavariya” ilə Almaniya Kubokunun son sahibi “Ayntraxt” mübarizə aparıb. 

Münhen klubu Frankfurt təmsilçisini 5 cavabsız qolla məğlub edərək, Super Kuboku başı üzərinə qaldırıb. Robert Levandovskinin het-trikə imza atdığı görüşdə Kinqsli Komanla Tyaqo Alkantara da hərəyə bir dəfə fərqlənib.

Bu, “Bavariya”nın tarixində 7-ci Super Kubok zəfəridi. Münhen klubu 1987, 1990, 2010, 2012, 2016 və 2017-ci illərdə də Almaniya Super Kubokunu başı üzərinə qaldırmışdı. “Ayntraxt” isə ikinci dəfə oynadığı Super Kubok görüşündən yenə məğlub ayrıldı.