Almaniya

“Borussiya” fransız yarımmüdafiəçi aldı - FOTO

Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Nitsa” klubunun hücumçusu Alassan Pleanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər 5 illik müqaviləyə imza atıblar. 

Lion “Olimpik”inin yetirməsi olan 25 yaşlı fransalı futbolçu “Nitsa”da 2014-cü ildən çıxış edirdi. O, geridə qalan mövsümdə 35 oyuna çıxıb, 16 qol vurub.