Almaniya

Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Leyptsiq” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, sözügedən komandanın “sükanı arxasına” Ralf Ranqnik gətirilib. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssis daha öncə klubda idman direktoru vəzifəsində işləyib.

Bundesliqada son mövsümü 6-cı yerdə tamamlayan “Leyptsiq”də Ralf Hazenhyuttl baş məşqçi postundan istefaya göndərilmişdi. Onun istefasına səbəb komandanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsi olmuşdu.