Almaniya

“Bavariya” yeni baş məşqçisini təqdim etdi

Almaniya çempionu “Bavariya” yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Dsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Niko Kovaçın Münhen klubunun yeni baş məşqçisi kimi təqdimat mərasimi keçirilib.

46 yaşlı Kovaçın son iş yeri Frankfurt “Ayntraxt”ı olub.